Flag of Azerbaijan

Press-relizlər

Dil: Azeri | English

Speeches Shim

08-09-2022 02:15

BAKI – Cənab Maykl Nirbas (Michael Nehrbass) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb.

Bu vəzifəyə təyin olunmazdan əvvəl, cənab Nirbas Pakistanda missiya direktorunun müavini vəzifısində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Cənab Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib. 

Cənab Nirbas Milli Müharibə Kollecində Milli Təhlükəsizlik Strategiyası üzrə magistr dərəcəsi, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi və Berkli Kaliforniya Universitetində folklor üzrə bakalavr dərəcəsinə malikdir.. 

USAID-in birgə təşkilatçılığı ilə Qadınların Milli Biznes Konfransı
18-11-2021 14:30

BAKI – Azərbaycanda qadınların iqtisadi səlahiyyətlərinin artırılması səylərinin bir hissəsi olaraq, noyabrın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) dəstəyi ilə “Qadınların Milli Biznes Konfransı/Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı tədbirə ortaq ev sahibliyi edib.

ABŞ Səfiri İnsan Alveri Qurbanlarının Müəyyən Edilməsi ilə bağlı USAID və BMqT-nin İlk Yardımçılar üçün Təlimini Açıb
28-10-2021 11:00

Dünən səhər ABŞ səfiri Litzenberqer Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ev sahibliyi etdiyi və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən İnsan Alveri Qurbanlarının Müəyyənləşdirilməsi üzrə İlk Yardımçılar üçün təliminin açılışını edib. USAID-in İnsan Alverinə Qarşı Mübarizə layihəsinin bir hissəsi olan üç günlük təlim iştirakçılara insan alveri, məcburi əmək və istismar qurbanlarının aşkar edilməsi, müəyyən edilməsi və aidiyyəti üzrə göndərilməsi ilə bağlı əlavə bacarıq və biliklər verir.

USAID və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Anlaşma Memorandumu İmzalayır
08-07-2021 13:30

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta sahibkarlıq (KOS) üçün biznes mühitinin inkişafını dəstəkləmək məqsədilə anlaşma memorandumu imzalayıblar. USAID və KOBİA birgə əməkdaşlıq çərçivəsində daha əlverişli və rəqabətli biznes mühitinin yaradılmasına xidmət edən, yerli KOS-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq və satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də  COVID-19 pandemiyası kimi böhrana qarşı dayanıqlığı gücləndirən tədbirləri dəstəkləyəcək. 

ABŞ Azərbaycanda COVID-19-la Mübarizə Tədbirləri üçün Əlavə 1 Milyon ABŞ Dolları Ayırıb
02-07-2021 14:00

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirak edib. Həmin səyyar klinikalar ucqar və həssas icmalarda mühüm səhiyyə xidmətləri göstərəcəklər. Səyyar klinikalar Şamaxı və onun ətraf kəndlərində hər il minlərlə insana xidmət edərək qarşısı alına biləcək xəstəkliklərin erkən diaqnozuna, ucqar yerlərdə müalicənin əlçatanlığına və həyatları xilas etməyə kömək edəcək.

USAID Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Həsr Olunmuş Zirvə Görüşünü Təşkil Edib
30-06-2021 14:00

Bu gün Bakıda keçirilmiş zirvə görüşündə USAID Azərbaycandakı nümayəndəliyi ilk dəfə olaraq Qadınların Milli Biznes Gündəliyi (QMBG) platformasının yaradıldığını elan edib. QMBG özəl sektor platforması olaraq kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.  

AZPROMO-nun direktoru Yusif Abdullayev (solda), USACC İdarə Heyətinin sədri Reza Vəziri (ortada) və USAID-in Missiya direktoru Caydev Sinqx (sağda) sazişi imzalayırlar.
09-06-2021 13:45

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) kənd təsərrüfatı ixracına və investisiyaya dəstək sahəsində tərəfdaşlığın əsasını qoyan anlaşma memorandumu imzalayıblar.

Qubada intensiv alma bağı
01-04-2021 15:00

Azərbaycandakı Amerika Birləşmiş Ştatları və İsrail səfirlikləri ölkənin kənd təsərrüfatı potensialını inkişaf etdirmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə innovativ əməkdaşlığı məmnunluqla elan edirlər. Layihə çərçivəsində universitetin Gəncə yaxınlığında yerləşən elmi-tədqiqat kompleksində alma, albalı, nektarin, gavalı və nar sahəsində XXI-ci əsrin istehsal təcrübələrini özündə əks etdirəcək beş nümayiş sahəsi salınacaq. 

Last updated: September 22, 2022

Share This Page