Flag of Azerbaijan

Qlobal Səhiyyə

Dil: Azeri | English

Speeches Shim

COVID-19 qarşı mübarizə səyləri

COVID-19 pandemiyası Azərbaycanda başlayandan bəri ABŞ hökuməti Azərbaycanın COVID-19-la mübarizə səylərinə dəstək məqsədilə 5 milyon ABŞ dollarından artıq vəsait ayırıb. Bundan 4 milyon ABŞ dolları USAID vasitəsilə pandemiyanın təxirəsalınmaz və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərini aradan qaldırmaq üçün ayrılıb. Bu vəsaitlər ölkənin müxtəlif bölgələrində həssas ailələrə və fərdlərə qida və gigiyena vəsaitlərinin verilməsinə, virusun yayılmasının qarşısı alınması istiqamətində insanların ata biləcəyi addımlar haqqında kommunikasiya işlərinə, pandemiyanın öhdəsindən gəlmək və eyni zamanda ana və uşaq sağlamlığı kimi kimi mühüm səhiyyə xidmətlərini davam etdirmək üçün yerli xəstəxanaların və səhiyyə sistemlərinin təkmilləşdirilməsi səylərinə töhfə verib. Bu vəsait Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının, yerli Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondunun (UNICEF) səylərini maliyyələşdirir. Bundan başqa, USAID-in Özəl Sektora Dəstək layihəsi COVID-19 pandemiyasının iqtisadiyyata təsirini aradan qaldırmaqda Azərbaycana kömək göstərir və kiçik və orta ölçülü kənd təsərrüfatı və aqroturizm müəssisələrinə pandemiyanın yaratdığı çətinlikləri dəf etməyə kömək edir.

USAID-in maliyyələşdirdiyi gigiyena ləvazimatları COVID-19 pandemiyasının təsir etdiyi ailələrə çatdırılmaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin anbarında hazırlanır.
USAID-in maliyyələşdirdiyi gigiyena ləvazimatları COVID-19 pandemiyasının təsir etdiyi ailələrə çatdırılmaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin anbarında hazırlanır.
Vüqar Nağıyev/USAID
 

USAID-in keçmiş Qlobal səhiyyə proqramları

USAID Azərbaycandakı səhiyyə layihələrini 2013-cü ilin sentyabrında tamamlayıb. 

2013-cü ilin sentyabrına kimi USAID Səhiyyə nazirliyi ilə üç mühüm sahədə səhiyyə sistemini yaxşılaşdırmaq üçün səylərini cəmləşdirmişdir: (1) vərəm infeksiyasına nəzarət; (2) ana, neonatal və uşaq sağlamlığı; və (3) ana və uşaq qidalanması. USAID vərəmin qarşısı alınması, diaqnostikası və müalicəsi sahəsində beynəlxalq səviyyədə tanınmış standartların və təcrübələrin Milli Vərəm Proqramına daxil edilməsi və bu təcrübələrin təlim proqramları vasitəsilə ölkə boyu həyata keçirilməsi istiqamətində Səhiyyə nazirliyi və digər inkişaf donorları ilə tərəfdaşlıq etmişdir. Ana, neonatal və uşaq xəstəlik və ölüm səviyyəsini idarə etməkdə Səhiyyə nazirliyinə kömək etmək məqsədilə USAID səhiyyə sisteminin müxtəlif səviyyələrində nazirlik əməkdaşlarına təlimlər keçərək beynəlxalq səviyyədə tanınmış standartları və təcrübələri təşviq etmişdir. Bu səylərə dəstək olmaq üçün Səhiyyə nazirliyi USAID-lə tərəfdaşlıq şəklində vərəm, habelə ana, neonatal və uşaq sağlamlığı sahəsində səhiyyə məlumat sistemlərinin hazırlanmasına sərmayə qoymuşdur. 

Yüksək anemiya səviyyəsini və digər qida çatışmazlığını azaltmaq üçün Azərbaycan hökumətinin qidanın zənginləşdirilməsi təşəbbüslərinə dəstək göstərməklə USAID qadın və uşaq qidalanmasını gücləndirmişdir. USAID-in maliyyələşdirdiyi və Azərbaycanda ilk dəfə keçirilmiş Milli Qidalanma Sorğusu qidanın zənginləşdirilməsi milli təşəbbüsləri üçün mühüm empirik məlumatlarla təmin etmişdir.

Last updated: September 22, 2022

Share This Page